“Bavariya” finalda
18.12.2013 - 09:04
“Bavariya” finalda
Mərakeşdə keçirilən klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubu Çinin “Quançjou” komandasını məğlub etməklə yarımfinalın ilk qalibi olub.

Avropanın ən güclüsü olan Bundesliqa təmsilçisi asiyalıları 3 cavabsız qolla keçib. Xosep Qvardiolanın yetirmələrinin finaldakı rəqibi isə bu gün baş tutacaq 2-ci yarımfinalda müəyyənləşəcək. Bu qarşılaşmada Mərakeşin “Raca Kasablanka” klubu ilə Braziliya təmsilçisi “Atletiko Mineyro” üz-üzə gələcək.

Klublararası dünya çempionatı
Yarımfinal
17 dekabr

“Bavariya” (Almaniya) – “Quançjou Everqrand” (Çin) – 3:0
Riberi, 40, Mancukiç, 44,Götze, 47