Millimizin futbolçusu zədələndi
18.12.2013 - 09:53
21 yaşadək futbolçulardan ibarət millimizin və Düsseldorf “Fortuna”sının üzvü Tuğrul Erat zədələnib. Apasport.az saytının məlumatına görə Kotbus “Energi”si ilə görüşdə Erat, eləcə də yunan Stelios Malezas və hollandiyalı Çarlison Bensxop yüngül zədə alıb.
Malezas və Bensxop artıq ötən həftə - matçdan dərhal sonra müayinədən keçib və onların “Köln”lə derbidə oynaya biləcəyi müəyyənləşib. Erat isə U-21-in digər istedadlı üzvü Ərən Taşkın və Ervin Hofferlə birgə müayinədən keçəcək. Bu üzdən Tuğrul komandasının dünənki məşqini buraxmalı olub.
Qeyd edək ki, ötən tur “Energi” ilə matçda 1 məhsuldar ötürmə verən və 1 dəfə də qol vuran Erat bununla da 2-ci Bundesliqada fərqlənən millimizin ilk üzvü kimi tarixə düşmüşdü. “Fortuna”nın rəsmi saytının statistikasına görə, o, həmin matçda ən çox mübarizədən qalib ayrılan (20) futbolçu olmuşdu.

0
0