İlin ən yaxşıları: Kim kimə səs verib?
18.12.2013 - 10:00
İlin ən yaxşıları: Kim kimə səs verib?
2013-cü ilin futbolçusu və qapıçısının seçilməsində respondentlərin kimə səs verməsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, səsvermədə ümumilikdə 23 nəfər iştirak edib.

Millinin baş məşqçisi Berti Foqts, texniki direktor Bernard Lippert, veteran futbolçu Ələkbər Məmmədovun da qatıldığı sorğuda Topaz Premyer Liqasında çıxış edən 10 klubun çalışdırıcıları və kapitanları da səs verib. “Xəzər Lənkəran”ın baş məşqçisi kimi artıq istefaya göndərilən Con Toşak sorğuya qatılıb. Bu isə o deməkdir ki, səsvermə onun postunda olduğu vaxt keçirilib. “Bakı”dan isə əsas kapitan Kamran Ağayev deyil, onun zədəli olduğu vaxt sarğını daşıyan Rauf Əliyev səs verib. Bu da həmin vaxt Ağayevin müalicə olunması ilə bağlıdır.

Əslində ən yaxşı qapıçı seçilməsi formal xarakter daşıyıb. Çünki səsverməyə qatılanların 23-ü də Kamran Ağayevi 1-ci seçib. 2 nəfər – millinin baş məşqçisi Foqtsla, kapitanı Rəşad Sadıqov Kamranı ümumiyyətlə ən yaxşı futbolçu sayıb. Hərçənd Foqts Rəşadın ən yaxşı olduğunu desə də, səsvermədə Kamrana səs verib.

Ən yaxşı futbolçu seçimində isə Rəşad Sadıqov 8 səs toplayıb. Müdafiəçi səslərin yarısını kapitanlar. Yarısını baş məşqçilərdən alıb. 2-ci olan Rauf Əliyevə 5 nəfər səs verib. Ruslan Abışov, Mahir Şükürov, Kamran Ağayev hərəyə 2, Əfran İsmayılov, Rahid Əmirquliyev, Araz Abdullayev, Vaqif Cavadov isə hərəyə 1 səs yığıblar.

Vəzifəsi Adı, soyadı Ən yaxşı futbolçu Ən yaxşı qapıçı
Millinin baş məşqçisi Berti Foqts Kamran Ağayev  
Texniki direktor Bernard Lippert Rəşad Sadıqov Kamran Ağayev
Veteran futbolçu Ələkbər  Məmmədov Rauf Əliyev Kamran Ağayev
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Ruslan Abışov Kamran Ağayev
“Qəbələ”nin kapitanı Volodimir Levin Ruslan Abışov Kamran Ağayev
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Rauf Əliyev Kamran Ağayev
AZAL-ın kapitanı Cahangir Həsənzadə Rəşad Sadıqov Kamran Ağayev
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Rəşad Sadıqov Kamran Ağayev
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev Rəşad Sadıqov Kamran Ağayev
“Simurq”un baş məşqçisi Georgi Çixradze Mahir Şükürov Kamran Ağayev
“Simurq”un kapitanı Ruslan Poladov Rəşad Sadıqov Kamran Ağayev
“İnter”ın baş məşqçisi Kaxaber Sxadadze Vaqif Cavadov Səlahət Ağayev
“İnter”ın kapitanı Vaqif Cavadov Mahir Şükürov Kamran Ağayev
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Rəşad Sadıqov Kamran Ağayev
“Neftçi”nin kapitanı Rəşad Sadiqov Araz Abdullayev Kamran Ağayev
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rauf Əliyev Kamran Ağayev
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Kamran Ağayev  
“Rəvan”ın məşqçisi Şahin Diniyev Rəşad Sadıqov Kamran Ağayev
“Rəvan”ın kapitanı Ramazan Abbasov Rəşad Sadıqov Kamran Ağayev
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Rauf Əliyev Kamran Ağayev
“Bakı”nın kapitanı Rauf Əliyev Əfran İsmayılov Kamran Ağayev
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Rahid Əmirquliyev Kamran Ağayev
“Sumqayıt”ın kapitanı Samir Abasov Rauf Əliyev Kamran Ağayev