Yusuf Şimşək: “Xəzər Lənkəran”dan təklif almışam
18.12.2013 - 10:04
Yusuf Şimşək: “Xəzər Lənkəran”dan təklif almışam
Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi postundan istefa verən Yusuf Şimşək “Xəzər Lənkəran”dan təklif alıb. Apasport.az saytının məlumatına görə, bu haqda gənc çalışdırıcının özü məlumat verib.

Həmyerlimiz Saşa Yunisoğlunun da formasını geyindiyi Dənizli təmsilçisindən ayrılmasına aydınlıq gətirmək üçün dünən mətbuat konfransı təşkil edən Şimşək hazırda “Xəzər Lənkəran”ın baş məşqçisi olan Mustafa Dənizlinin onu yanına çağırdığını söyləyib: “Mustafa Dənizli mənim müəllimimdir. Daha öncə “Dənizlispor”u çalışdırmağımı istəməmişdi. Xaricə gedən kimi, təkrar məni yanına çağırdı”.

Qeyd edək ki, Yusuf Şimşək ötən mövsümün sonlarında “Dənizlispor”dan təklif almışdı. Lakin həmin vaxt Mustafa Dənizli “Rizespor”da köməkçisi olan gənc çalışdırıcının getməsinə icazə verməmişdi.