Patrisiya Qonzales: Qızlar ondan nümunə götürür - MÜSAHİBƏ
18.12.2013 - 10:45
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının ispaniyalı baş məşqçisi Patrisiya Qonzalesin apasport.az saytına müsahibəsi
- İlk dəfə AFFA-nın mükafatlandırma mərasiminə qatılırsınız. Bu haqda fikirlərinizi bilmək istərdik...
- Assosiasiyanın bütün tədbirləri yüksək səviyyədə keçir. Bu mərasim də istisna deyil. Belə tədbirlərin keçirilməsi vacibdir. Sevindirici haldır ki, tədbirdə müxtəlif şirkətlər də iştirak edir.
- Milli komandanın ən yaxşı qız futbolçusu adına ilk dəfə Nigar Cəlilli layiq görüldü. Düzgün seçim idi?
- Mən bunun səbəbini açıqlaya bilərəm. O, həm meydanda, həm də meydandan kənarda nümunəvi futbolçudur. Qızlar ondan həqiqətən də nümunə götürür. Nigar çox bacarıqlı, çox intizamlı bir qızdır. Deyərdim ki, onun 16 yaşı olmasına baxmayaraq, 19 yaşadək millidə çıxış etmək imkanı olub. Özündən yaşca böyük komandada oynamaq onun üçün böyük uğurdur.
- 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında da fərqlənən Nigarın xarici komandalarda çıxış etmək şansı var?
- Əlbəttə. Hətta bunun üçün bir dəfə İspaniyaya da gedib. Ordakı klublardan birində baxışdan uğurla keçib. Sadəcə, yaşı 18-dən az olduğu üçün İspaniyada qalması alınmadı. Belə deyək, texniki problemlərə görə onun İspaniyada oynaması mümkünsüz oldu.
- Onun İspaniyada baxışdan keçdiyi hansı klub idi?
- “Rayo Valekano”.
- U-17 və U-19 millilərinin seçmə mərhələsinin püşkü atılsa da, UEFA meydan sahiblərinin hansı komanda olduğunu göstərməyib. Sizdə bu barədə məlumat varmı?
- Bəli. Biz artıq meydan sahiblərinin kim olduğunu bilirik. U-17-də meydan sahibi Macarıstan olacaq. Komandamız çətin bir qrupa düşüb. Macarıstandan başqa, rəqiblər İsveçrə və Portuqaliyadır. Həmişə hədəflərimizə real baxmalıyıq. U-19-da isə işlər yaxşıdır. Çünki baza dünya çempionatında çıxış etmiş futbolçulardan qurulub. Üstəlik, sevindirici haldır ki, U-19-lar turniri Azərbaycanda keçirəcək. Rəqiblərimizdən Ukrayna səviyyəli komandadır. Onlarla bir neçə yoldaşlıq oyunlarımız da olub. Ukraynalılara qalib gəlmişik və heç-heçə də etmişik. Kipr millisinə qalib gəlmək də, uduzmaq da olar. Belə baxanda, onlar Ukraynadan bir az zəifdir. Əlbəttə ki, biz çalışacağıq ki, Kiprə qalib gələk. Danimarkadan isə söz açmağa ehtiyac yoxdur. Bu komanda Avropanın top yığmalarındandır. A səbətindən çıxan bir millidir və onlara qarşı oynamaq çətin olacaq. Ancaq oyunların Azərbaycanda keçirilməsi bizə azarkeş baxımından böyük bir dəstək olacaq.
Səbuhi TOFİQOĞLU

0
0