Kurban Berdıyevə son xəbərdarlıq: Hamısını qovacağam!
18.12.2013 - 11:15
Kurban Berdıyevə son xəbərdarlıq: Hamısını qovacağam!
Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin klubunun azarkeşləri komandadan şikayət ediblər. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisinin uğursuz çıxışından narazı qalan fanatlar Tatarıstan Respublikasının prezidenti və “Rubin” klubunun Qəyyumlar Şurasının sədri Rüstəm Minnixanova bununla bağlı müraciət ünvanlayıblar.

Azarkeşlərin narazılığına cavab olaraq, Minnixanov komandanın baş məşqçisi Kurban Berdıyev və heyət üzvlərini sərt şəkildə tənqid edib: “Belə oynamağa davam etsələr, hamısını qovacağam! Bunu dəqiq deyirəm. Bu, təhqirdir! Orada özlərinin hansısa şəxsi münasibətlərini ön plana çıxardırlar. Pulunu aldın – oyna! Müqavilə var. Bizim əlavə pulumuz yoxdur. Sponsorlar “Rubin”i bizim xahişimizlə maliyyələşdirilər. Ümumiyyətlə, vicdansızdırlar! Kurban Berdıyev və digərləri artıq yaxşı-yaxşı fikirləşməlidirlər. Heç bir güzəşt olmayacaq! Respublikanın adını batırırlar”.

Qeyd edək ki, “Rubin” Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazansa da, Rusiya Premyer Liqasında komandanın vəziyyəti ürəkaçan deyil. 19 turdan sonra 24 xal toplayan Kazan təmsilçisi 10-cu pillədə qərarlaşıb.