Mahmud Qurbanov: Berti Foqtsdan öyrənəcəyim çox şey var
18.12.2013 - 12:13
Mahmud Qurbanov: Berti Foqtsdan öyrənəcəyim çox şey var
“Milli komandanın məşqçisi təyin olunmağımı sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu futbolçusu və gənc məşqçi olan Mahmud Qurbanov deyib.

Bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında millimizin baş məşqçisi Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib. Gənc məşqçilərimiz – Aslan Kərimovla Mahmud Qurbanov isə onun köməkçiləri təyin ediliblər.

Bu xəbəri sevinclə qarşılayan Qurbanov yığmada çalışmağın onun üçün böyük şərəf olduğunu dilə gətirib: “Təbrikə görə çox sağ olun. Millidə işləməyə dəvət olunmaq qürurvericidir. Berti Foqtsdan öyrənəcəyim çox şey var. Açığı, belə bir şeyin baş verəcəyini gözləmirdim. Lakin yığmada işləmək arzum idi. Ümumiyyətlə, hər bir məşqçi yığmada çalışmaq istəyər”.

Qeyd edək ki, futbolçu kimi onqat Azərbaycan çempionu olan Mahmud Qurbanovun məşqçi qismində debütü uğursuz alınıb. Onun rəhbərlik etdiyi “Kəpəz” I diviziona düşüb.