Foqtsun qarşısına hansı tələblər qoyulub?
18.12.2013 - 12:30
“Berti Foqtsla yeni müqavilə imzalanmasına qərar verildi”. Bunu apasport.az saytına AFFA İcraiyyə Komitəsinin (İK) üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib.
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla 2016-cı ilədək yeni müqavilə imzalanmasına qərar verilib. Rəhimov bildirib ki, almaniyalı çalışdırıcının qarşısına daha sərt tələblər qoyulub: “Yeni müqavilənin müddəti 2 ildir. Foqtsun qarşısına ayın 21 gününü Azərbaycanda keçirmək və Premyer Liqanın oyunlarını daha çox izləmək tələbi qoyulub”.

0
0