Braziliyalı legioner “Qəbələ”dən ayrıldı
18.12.2013 - 13:26
Braziliyalı legioner “Qəbələ”dən ayrıldı
“Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Koşta əməliyyat olunacaq. Apasport.az saytının məlumatına görə, buna cənubi amerikalı legionerin ötən həftə məşq zamanı aldığı zədə səbəb olub.

Müayinə zamanı Dieqonun dizində menisk yırtığı əmələ gəldiyi aşkarlanıb. Bu səbəbdən qolkiper əməliyyat üçün vətəni Braziliyaya yollanıb. Onun gələn il yanvarın ortalarında məşqlərə qatılması gözlənilir.

Mənbə: gabalafc.az