Yığmamızda 7 legioner
18.12.2013 - 15:40
Yığmamızda 7 legioner
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək millimizə 24 futbolçu çağırılıb.

Dekabrın 23-dən etibarən Bakıda təlim-məşq toplanışı təşkil olunacaq yığmamızın üzvləri dekabrın 27-də laktat testi də verəcək. Toplanışa ölkə xaricində çıxış edən 7 oyunçu da cəlb olunub. Onlar aarsında müəyyən fasilədən sonra yığmaya çağırılan Cem Fələk də var: Ravil Məhəmmədov, Fəhmin Muradbəyli, Pərviz Qaraxanov, Elməddin Məmmədov (hamısı “Neftçi”), Yusup Xakimov, Təyyar Məmmədov, Mahir Mədətov, Renat Ağaverdiyev (hamısı “Bakı”), Mənsur Nəhavəndi, Ülvi İbazadə (hər ikisi “İnter”), Bəhlul Mustafazadə, Emin Zamanov, Yusif Nəbiyev (hamısı “Qəbələ”), Elnur Cəfərov, İlyas Safarzadə (hər ikisi “Xəzər Lənkəran”), Əfsər Məmmədov (“Lokomotiv”), Mirkamil Həşimli (“Fənərbaxça”, Türkiyə), Şahban Cəbrayılov (“Anjı”, Rusiya), Elvin Qənbərov (“Dinamo”, Sankt-Peterburq, Rusiya), Benhur Kama (“Darmştadt”, Almaniya), Cem Fələk (“Bohum”, Almaniya), Mustafa Yaman (“Rot-Vayss”, Erfurt, Almaniya), Tolqa Şahin (“Ayntraxt”, Vetslar, Almaniya), Səid Əliyev (klubsuz).

Mənbə: affa.az