UEFA-dan ani qərar: Azərbaycan – Ermənistan oyunu keçirilməyəcək!
18.12.2013 - 15:49
19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun tərkibində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın qərarına əsasən müvafiq yaş qrupundan ibarət Azərbaycan yığmasının mübarizə aparacağı bu qrupdan Ermənistan yığması çıxarılıb. Bu komandanın əvəzinə 4-cü qrupda Sloveniya yığması mübarizə aparacaq.
Beləliklə, 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.
Mənbə: affa.az
Beləliklə, 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.
Mənbə: affa.az
0
0