“Qəbələ” braziliyalılara uduzdu
18.12.2013 - 16:02
“Qəbələ” braziliyalılara uduzdu
17 yaşadək futbolçular arasında Braziliyanın Araponqas şəhərində keçirilən “Laranja Mekanika” turnirində “Qəbələ” 2 oyun keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz ilk görüşdə turnirin təşkilatçısı ilə gücünü sınayıb.

Qarşılaşma “Laranja Mekanika”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Juninyo, Rоbertо və Luçanоnun qolları rəqibə qələbə qazandırıb. Dünən isə “Qəbələ” ikinci görüşünü keçirib. Bu dəfə rəqib “Palmeyras” olub. Braziliyanın məşhur klublarından olan “Palmeyras” 1:0 hesabı ilə qalib gəlməklə “Qəbələ”nin yarımfinala gedən yolunu bağlayıb.

Qeyd edək ki, “Qəbələ” U-17-si qrupda son oyununu sabah BƏƏ-nin “Əl-Əhli” klubuna qarşı keçirəcək.