Aslan Kərimov: U-17-ni başqa mütəxəssisə tapşıracaqlar
18.12.2013 - 16:09
“Millidə işləmək hər kəs üçün önəmli bir çağırışdır”. Bu sözləri apasport.az saytına açıqlamasına futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Aslan Kərimov deyib.
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Berti Foqtsun Azərbaycan milli komandasına daha 2 il rəhbərlik edəcəyinə dair qərar qəbul edilməklə yanaşı, almaniyalının köməkçiləri də təsdiqləndi. Bunlar yığmamızın sabiq üzvləri - Mahmud Qurbanovla Aslan Kərimovdur.
Lakin Kərimov üçün bu yeni vəzifə deyil. O, artıq bir müddətdir ki, Foqstun köməkçisi kimi fəaliyyət göstərir: “Berti Foqtsun köməkçisi qismində işimi davam etdirmək ehtimalı vardı və bu gün məsələ təsdiqini tapdı. Ancaq “Pro” lisenziyası da almalıyam. Düşünürəm ki, AFFA rəhbərliyi bunun üçün mənə şərait yaradacaq”.
Əsas millidə Berti Foqtsun köməkçisi olan gənc mütəxəssis, eyni zamanda 16 yaşadək futbolçulardan ibarət yığma komandamıza da rəhbərlik edirdi. Onun U-17-nin baş məşqçisi təyin edilmək ehtimalı da var. Lakin Kərimov bu vəzifənin icrası üçün vaxtının olmayacağını ifadə edib: “U-17-yə rəhbərlik edəcəyimə inanmıram. Bu qədər işi çatdıra bilmərəm, çətin olacaq. Milli komanda, məşqçi kursları, “Pro” lisenziyası... Yox, yəqin ki, U-17-ni başqa mütəxəssisə tapşıracaqlar. Mənimlə bərbər Mahmud Qurbanovun Berti Foqtsun köməkçi-məşqçi təyin edilməsi təqdirəlayiq addımdır. AFFA rəhbərliyi bununla gənc yerli mütəxəssislərin inkişafı üçün zəmin yaradır. Bu, əvəzsiz təcrübədir”.

0
0