Ramin Musayev: Foqts özü təklif elədi ki... - MÜSAHİBƏ
18.12.2013 - 16:46
Ramin Musayev: Foqts özü təklif elədi ki... - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında iştirak etdiniz. Toplantı ilə bağlı təəssüratlarını bilmək maraqlı olardı...
- Gündəlikdə duran əsas məsələ milli komandanın baş məşqçisinin taleyi idi. Toplantıda iştirak edən hər bir şəxsin fikri öyrənildi. Mənim mövqeyim ondan ibarət oldu ki, Berti Foqts baş məşqçi kimi işini davam etdirəcəksə, daxili yarışları daha çox izləsin. Təklif qəbul olundu və inşallah, bu istedadlı oyunçuların üzə çıxardılmasına kömək edəcək. Elə futbolçular var ki, diqqətdən kənarda qalır. Almaniyalı mütəxəssislə yola davam etmək qərarı qəbul edildi. İnşallah, Azərbaycan futbolu üçün uğurlu addım olar.

- Berti Foqts Premyer Liqa ilə yanaşı I divizionun oyunlarını da izləməlidir?
- Bəli. I divizionda gənc futbolçular var, hansı ki, onlardan yararlana bilərik.

- Berti Foqtsun tələblərindən biri daha çox təlim-məşq toplanışları təşkil etmək yönündədir. Lakin çempionatdakı fasilələr klubları narazı salır. Toplantıda bu məqama diqqət yetirildi?
- Son vaxtlar bununla bağlı narazılıq edən olmayıb. Belə hallar keçmişdə tez-tez yaşanırdı. Milli komandaya hər birimiz imkan daxilində dəstək olmalıyıq. Yığmada irəliləyiş görmək istəyiriksə, baş məşqçinin təkliflərini qəbul etməliyik.

- Qış fasiləsində klubların əksəriyyəti Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olsalar da, Berti Foqts yetirmələrini ərəb ölkələrinə aparmağı üstün tutur. Yığmanın da qardaş ölkədə hazırlıq keçməsinin daha məqsədəuyğun olması ilə bağlı təklif irəli sürüldümü?
- Bəli. Foqts özü təklif elədi ki, bu qış Antalyada olsun və komandaların hazırlıq prosesini izləyəcəyəm.

- Almaniyalı mütəxəssis millimizi Avro-2016-nın final mərhələsinə çıxaracağına inanır. Sizcə, bu nə dərəcədə realdır?
- Bu addım beynəlxalq tələblərə cavab vermək üçün atılıb. Əksər klublarımızda fiziki hazırlıqla bağlı problemlər var. Bu baxımdan qərarı dəstəkləyirəm.