“Türk hakimlər meydan sahiblərinə köməklik edirdi”
18.12.2013 - 18:01
“Avropa çempionatında qrupumuza düşən rəqiblər çox güclüdür. İtaliya haqqında danışmaq artıq olar. Sloveniyanın isə Portuqaliya ilə yoldaşlıq oyununda qalib gəlməsi bu komandanın gücündən xəbər verir”. Bunu apasport.az saytına milli komandamızın və “Araz”ın futzalçısı Vitali Borisov deyib.
2014-cü ildə Belçikanın Antverpen şəhərində keçiriləcək futzal üzrə Avropa çempionatına hazırlaşan millimiz bu ay İstanbulda Türkiyə 2 yoldaşlıq oyunu keçirtdi. Dekabrın 10-da rəqibinə 4:1 hesabı ilə qalib gələn yığmamız 2 gün sonra tariximizdə ilk dəfə türklərə məğlub oldu – 4:6. Bunun səbəbini millinin üzvü Borisovdan öyrənməyə çalışdıq.
O, məğlubiyyəti yerli hakimlərin öz komandalarına simpatiyası ilə bağladı: “Türkiyə ilə ilk oyunu parketdə keçirdik. Ancaq ikinci qarşılaşmanı terafleksdə oynadıq. Bəlkə də bu üzdən məğlub olduq. Həm də əsas heyət üzvlərindən 3-ü oynamırdı. Ancaq deməzdim ki, yeni uşaqlar oynadı deyə biz uduzduq. Sadəcə, türk hakimlər yüngülcə meydan sahiblərinə köməklik edirdi. Diskə baxsanız, özünüz bunu görərsiniz. Onlarda futzal çempionatı yoxdur. Ona görə də hakimlər böyük futboldan idi. Ancaq bizim əsas məqsədimiz qalib gəlmək deyildi. Əsas məqsəd Türkiyəyə yollanan 16 futzalçını yoxlamaq idi”.
Aprel ayında tarixdə ilk dəfə futzal üzrə “Dördlər finalı” Bakıda keçiriləcək. Buna da Vitalidən münasibət öyrəndik: “Tamaşaçılar baxımından bizim üçün yaxşı ola bilər. Azarkeşlər bizim 6-cı oyunçumuz olacaq. Ancaq bu o demək deyil ki, “Barselona”, “Dinamo” və “Kayrat” gəlib burda öz oyununu göstərməyəcək və onların səviyyəsi aşağı düşəcək. Onlar yenə eyni gücdə çıxış edəcəklər. Yəni şanslar bərabərdir. Sadəcə nisbi azarkeş amili üstünlüyümüz var”.
Qeyd edək ki, Vitali Borisov dünən AFFA-nın təşkil etdiyi mükafatlandırma mərasimində 4-cü dəfə ən yaxşı futzalçı adına layiq görülüb.
Səbuhi TOFİQOĞLU

0
0