Sərgən Yalçından istefa qərarı
18.12.2013 - 18:19
Sərgən Yalçından istefa qərarı
“Qaziantepspor” klubunun baş məşqçisi Sərgən Yalçın postunu tərk edəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, çətin durumda qəbul etdiyi komanda ilə çıxdığı 4 oyundan 4 qələbə qazanmaqla Superliqada məşqçilik karyerasına uğurla başlayan 41 yaşlı mütəxəssis qış fasiləsində Qaziantep təmsilçisi ilə yollarını ayırmağı lazım bilib.

Yalçın sürpriz qərarı ilə bağlı bunları deyib: “İki həftədən sonra mən və məşqçi heyətim “Qaziantepspor”dan ayrılacağıq. Mənə deyil, oyunçularıma dəyər versinlər”.

Qeyd edək ki, Sərgən Yalçınlı “Qaziantepspor” “Elazığspor”, “Gənclərbirliyi”, “Trabzonspor” və “Kayseri Ərciyəsspor”la görüşlərdən qalib ayrılıb. Lakin görünür klubdakı maddi sıxıntılar öz sözünü deməkdədir.