“Qalatasaray”dan Aleksə rəsmi təklif
18.12.2013 - 20:30
Braziliyanın “Qremio” klubunun idman direktoru Rui Kosta “Qalatasaray”dan rəsmi təklif aldıqlarını deyib. Apasport.az saytının məlumatına görə, ölkənin “Globo Esporte” qəzetinə danışan Kosta İstanbul təmsilçisinin futbolçuları Aleks Tellesə elçi düşdüyünü bildirib:
“Çoxlu təkliflər aldıq, amma yeganə rəsmi təklif göndərən klub “Qalatasaray”dır. Bunu dəyərləndiririk”.
Qəzetdə yer alan məlumata görə müdafiənin sol cinahında problemlər yaşayan “sarı-qırmızılı”lar 21 yaşlı müdafiəçi üçün 7 milyon avro ödəməyə hazırdır.

0
0