“Yuventus” Pirlo və Poqba məsələsinə aydınlıq gətirdi
18.12.2013 - 20:57
“Yuventus” Pirlo və Poqba məsələsinə aydınlıq gətirdi
“Yuventus”un idman direktoru Cuserre Marotta futbolçuları Andrea Pirlo və Paul Poqba ilə müqaviləni yeniləyəcəklərini deyib. Apasport.az saytının məlumatına görə, yerli “Rai Sport”a danışan klub rəsmisi hər iki futbolçu ilə hər iki futbolçu ilə yaxşı münasibətlərinin olduğunu və onların Turin təmsilçisində qalacağına əmin olduğunu deyib:

“Hər iki futbolçu ilə də çox yaxşı münasibətlərimiz var. Onlar da “Yuventus”u öz evləri kimi qəbul edir. Bu məsələnin yaxın zamanda həll olunacağına əminəm”.

Qeyd edək ki, Pirlo 2011, Poqba isə 2012-ci ildən “Yuventus”da çıxış edir.