“Fənərbaxça”lı futbolçu ölkəsində ilin ən yaxşısı seçildi
18.12.2013 - 21:54
"Fənərbaxça"nın seneqallı hücumçusu Musa Sov Ölkəsində cari ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı forvard Senegal Milli İdman Mətbuat Birliyinin təşkil etdiyi bu mükafatlandırmanın qalibi olub.
Belə ki, o, Demba Ba (“Çelsi”), Papiss Sisse (“Nyukasl”), İbrahima Ture və Sadio Mane (“Monako”) kimi namizədləri geridə qoyaraq bu ada layiq görülüb.
Qeyd edək ki, Musa Türkiyə Super Liqasında cari mövsüm 13 oyunda 8 qol vurub.

0
0