“Qalatasaray” darmadağınla mərhələ adladı - VİDEO
18.12.2013 - 22:45
“Qalatasaray” darmadağınla mərhələ adladı - VİDEO
Futbol üzrə Türkiyə Kubokunda V turun görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, son Superliqa çempionu “Qalatasaray” bu gün növbəti matçına çıxıb.

İstanbul nəhəngi Atatürk Olimpiya Stadionunda “Balıkəsirspor”u sınağa çəkib. Roberto Mançininin komandası əsasən ehtiyat oyunçularla çıxdığı bu oyunda I Liqa təmsilçisi qarşısında 4 cavabsız qolla qələbə qazanaraq növbəti mərhələyə adlayıb.


Türkiyə Kuboku
V tur

18 dekabr

“Qalatasaray” – “Balıkəsirspor” - 4:0
QOL: Əmrə Çolak, 29 (pen.), Umut Bulut, 55, Albert Riera, 69, Bruma, 90