Bundesliqanın ən yaxşısı bəlli oldu
18.12.2013 - 23:52
Bundesliqanın ən yaxşısı bəlli oldu
Almaniya Bundesliqasında ilin ən yaxşı futbolçusunun adına aydınlıq gətirilib. Apasport.az yerli mətbuatına istinadən xəbər verir ki, Münhen “Bavariya”sının yarımmüdafiəçisi Frank Riberi 2013-cü ilin ən yaxşısı seçilib.

“Borussiya” (Dortmund) klubunun polşalı hücumçusu Robert Levandovski isə bu mükafatlandırmada ikinci yerə layiq görülüb.

Qeyd edək ki, Bundesliqanın rəsmi dərgisi “Goal” tərəfindən təşkil edilən mükafatlandırmada Almaniyanın əsas və ikinci liqasının 36 klubunun kapitanları səs verir.