“Hələ uzun illər Messi kimi bir futbolçu görəcəyimizə inanmıram”
19.12.2013 - 01:48
“Barselona”nın futbolçusu Sesk Fabreqas komanda yoldaşı Lionel Messi ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli “La Sexta” qəzetinə danışan 26 yaşlı yarımmüdafiəçi futbol ictimaiyyətindən argentinalı hücumçunu bezdirməməyi xahiş edib.
İspan futbolçu mətbuatın Messinin və Kataloniya klubunun əleyhinə çıxışlar etdiyini bildirib:
“Nəsə baş verir. Əllərində real fakt olmasa da, sözləri ilə özlərinə nəsə yaratmaq istəyən insanlar var. Tərifə layiq 6 ildən sonra insanlar bezdi və başqa şeylər axtarmağa başlayıb. Sanki, dünyanın ən yaxşısı olan şəxsin dəyişməsinə ehtiyac var. Amma Lionel ancaq meydanda sözünü deyir və bu səbəbdən də dünyanın ən yaxşısıdır. Zədəsindən sonra, sanki, heç bir şey etməmiş kimi bir vəziyyət yaranıb. Amma mən həm onunla, həm ona qarşı oynadım. Hələ uzun illər Messi kimi bir futbolçu görəcəyimizə inanmıram”.
Qeyd edə ki, 26 yaşlı forvard noyabrın 10-da “Betis”lə matçda zədələnib. Onun iki həftəyə komandasına kömək edə biləcəyi deyilir.

0
0