“Atletiko” hücumçusu ilə müqaviləni yenilədi
19.12.2013 - 02:57
“Atletiko” hücumçusu ilə müqaviləni yenilədi
Madrid “Atletiko”su daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

İspaniya təmsilçisi 25 yaşlı hücumçusu Adrian Lopes ilə müqavilənin vaxtını 2018-ci ilə qədər uzadıb. Bununla da cari sözləşməsi 2014-cü ildə başa çatacaq futbolçu daha 4 il komandasına xidmət edəcək.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Lopes 2011-cu ilin iyulunda “Deportivo”dan “Atletiko”ya transfer olunub. O, komandası ilə 120 matça çıxıb və 25 qol və 18 qol ötürməsi ilə fərqlənib.