Runi sıradan çıxdı
19.12.2013 - 06:57
Runi sıradan çıxdı
"Mançester Yunayted”in hücumçusu Ueyn Runi zədələnərək sıradan çıxıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məhz bu səbəbdən də 28 yaşlı futbolçunun adı ötən gün İngiltərə Liqa Kuboku çərçivəsində keçirilən “Stok Siti” matçının iştirak ərizəsinə daxil edilməyib. Klubdan verilən məlumata görə onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Runi 2004-cü ildən “Mançester Yunayted”də çıxış edir.