“Xəzər Lənkəran” və “Neftçi” üçün əla şans, “Qarabağ”ın çətin sınağı
19.12.2013 - 11:45
“Xəzər Lənkəran” və “Neftçi” üçün əla şans, “Qarabağ”ın çətin sınağı
Sabah Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, II dövrənin son qarşılaşmaları eyni gündə baş tutacaq. Bu matçlarla mövsümü yarılayacaq komandalar qış fasiləsinə yollanacaqlar.

İstirahət öncəsi keçiriləcək tur qış çempionunun adın aydınlıq gətirəcək. Belə ki, 2013-cü ili zirvədə tamamlayacaq komanda son turda müəyyənləşməlidir. Buna daha yaxın olan isə “Neftçi”dir.

Son 3 ilin çempionu liderlik mövqeyini qorumaq üçün AZAL-la qarşılaşmada qalib gəlməlidir.

“Neftçi” xal itirəcəyi halda, “Qarabağ” lider olmaq imkanı qazanacaq. Lakin ağdamlıların işi o qədər asan olmayacaq. Qurban Qurbanovun yetirmələri son turlar yüksəlişdə olan “İnter”lə üz-üzə gələcək. Mövsümün gedişində turnir cədvəlinin aşağılarına qədər enən Kaxaber Sxadadzenin yetirmələri rəqibi ilə xal fərqini 3-ə qədər endirmək üçün qalib gəlməlidir. “Qarabağ” isə “Neftçi”nin uduzarsa 1, heç-heçə edərsə, 3 xal qazanmağı sayəsində zirvəyə qalxa bilər.

Lakin “Neftçi”nin xalsız qalması, ağdamlıların bərabərliklə kifayətlənməsi “Qəbələ”yə zirvə yolunda “yaşıl işıq” yandıra bilər. Ancaq turun açılış matçında “Bakı”nı qəbul edəcək Yuri Syominin yetirmələrinin də işi çətindir. Çünki paytaxtın eyniadlı təmsilçisi də “İnter” kimi uğursuz oyunlardan sonra özünə gəlib və liderlərə yaxınlaşıb.

Lakin bu 3 görüşün nəticələrindən asılı olmayaraq, ilk “üçlük”də qərarlaşan “Neftçi”, “Qarabağ” və “Qəbələ” fasiləyə digərlərindən öndə yollanacaq. Bu komandalar kimi, “İnter”lə “Bakı” da turnir cədvəlinin ilk yarısındakı yerini təmin edib. Günün digər 2 qarşılaşması isə cədvəlin aşağı yarısında yer alanların iştirakı ilə baş tutacaq.

Baş məşqçi postuna Mustafa Dənizlini gətirdikdən sonra qapısından qol buraxmayan və “uğursuz zolağ”ı arxada qoyduğu görünən “Xəzər Lənkəran” hesabına növbəti 3 xalı yazmalıdır. Çünki cənublular qələbənin nə olduğunu belə unudan “Sumqayıt”la doğma divarlar arasında görüşəcək. Qələbə lənkəranlıların 2 pillə irəliləməsinə yetərli ola bilər. Bunun üçün AZAL “Neftçi”ni udmamalı, “Simurq” isə uduzmalıdır.

“Rəvan”la qarşılaşacaq sonuncuların xal itkisi isə inandırıcı görünmür. Çünki “Sumqayıt”la sonuncu olmaq uğrunda mübarizə aparan Şahin Diniyevin yetirmələri rəqiblərindən aşkar zəifdir. Düzdür, onlar son turda öz meydanında çıxış edəcək. Bu amil bakılıların qələbə həsrətinə son qoymasına kömək edə bilər. Ancaq çempionatın ən az qol buraxan 2 komandasından biri olan “Simurq”un müdafiə xəttini yarmaq qol vurmağa çətinlik çəkən “Rəvan” üçün çətin məsələdir.

XVIII tur
20 dekabr


13:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov
Qəbələ səhər stadionu

15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu

15:00. AZAL – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“AZAL Arena” stadionu

16:00. “Rəvan” – “Simurq”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov
“Bayıl Arena” stadionu

17:00. “Qarabağ” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu

komandaoqhmtx
1
Neftçi
17
10
4
3
26-17
34
2
Qarabağ
17
9
6
2
29-11
33
3
Qəbələ
17
10
2
5
25-16
32
4
İnter
17
8
3
6
27-19
27
5
Bakı
17
8
3
6
29-19
27
6
Simurq17
5
7
5
16-14
22
7
AZAL
17
5
6
6
15-22
21
8
Xəzər L
17
4
7
6
12-21
19
9
Rəvan
17
1
6
10
9-29
9
10
Sumqayıt
17
1
4
12
8-28
7

Bombardir: Vaqif Cavadov (İnter) - 9 qol