“Bakı” “Atletiko”ya qalib gəldi, Arda ilə görüşdü - FOTOSESSİYA
19.12.2013 - 11:51
Madriddə təlim-məşq toplanışı keçən “Bakı”nın U-14 komandası 3-cü yoxlama oyunu keçirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Atletiko" U-14 komandası ilə görüşən gənc futbolçularımız 3:0 hesablı qələbə qazanıb.
“Bakı”nın qollarını Şakir Seyidov (2) və Mirnahid Qurbanov vurub. Əvvəlki oyunlarda qələbə qazaan (2:1) və məğlub olan (1:5) U-14 Madriddə bu gün daha bir yoldaşlıq oyunu keçirəcək.
Dünən isə U-14-ün üzvləri və Madriddə uzunmüddətli təlim keçən 5 azərbaycanlı futbolçu "Atletiko"nun əsas heyət üzvləri ilə görüşüb. Usta futbolçular yeniyetmələrə avtoqraf verərək şəkil çəkdirib.
"Atletiko"nun türk ulduzu Arda Turan həmişə olduğu kimi diqqət mərkəzində olub. Arda U-14 üzvləri ilə söhbətləşərək, onlara gələcək karyeralarında uğurlar arzulayıb. Sonra futbolçulara üzərində adları yazılan "Atletiko" formaları hədiyyə olunub.

0
0