Azərbaycan millisi 2013-cü ildə 24 pillə irəliləyib - QRAFİK
19.12.2013 - 14:00
Azərbaycan millisi 2013-cü ili dünyanın 94-cü komandası kimi başa vurub. Apasport.az saytının məlumatına görə, FİFA-nın az öncə açıqladığı ilin son reytinq siyahısında komandamız ilk “yüzlük”də qalib.
İlin ilk 9 ayını cədvəlin ikinci yarısında qərarlaşan millimiz ardıcıl 3-cü dəfə yuxarılarda yer alıb. 2013-cü ildə yalnız 1 dəfə daha yüksəyə qalxan millimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 pillə irəliləyib.
Belə ki, komandamız 1 il öncə 118-ci idi. 12 aya 24 pilləlik inkişaf isə orta hesabla ayda 2 addımlıq tərəqqi deməkdir.
Millimiz 2013-cü ildə
Yanvar - 118
Fevral - 118
Mart - 116
Aprel - 120
May - 120
İyun - 118
İyul - 117
Avqust - 115
Sentyabr - 107
Oktyabr - 88
Noyabr - 95
Dekabr – 94
Ümumiyyətlə, yığmamız tarixi ərzində heç vaxt ili belə yüksək notda bitirməmişdi. 2013-cü ilin son reytinqində 94-cü olan komandamız üçün bu göstərici mütləq rekorddur. FİFA reytinqindəki 20 illik tarixə baxsaq, 4-cü dəfə ili ilk “yüzlük”də tamamlayırıq.
Lakin nə 1998, nə 1999, nə də 2010-cu ildə belə yüksəkdə olmuşuq. Almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız 1999-cu ildəki rekordunu yeniləyib. Həmin vaxt millimiz 97-ci pillədə idi. Ölkəmizə gəldiyi vaxtdan milli ilə kifayət qədər rekordlara imza atan Foqts 14 illik nailiyyəti də arxada qoydu.
Millimizin illər üzrə son reytinqi
1994 - 147
1995 - 141
1996 - 125
1997 - 123
1998 - 99
1999 - 97
2000 - 115
2001 - 113
2002 - 113
2003 - 119
2004 - 113
2005 - 114
2006 - 125
2007 - 115
2008 - 134
2009 - 114
2010 - 98
2011 - 112
2012 - 118
2013 - 94

0
0