Özü “Xəzər Lənkəran”da, ürəyi vətənində
19.12.2013 - 14:48
Özü “Xəzər Lənkəran”da, ürəyi vətənində
Mərakeşdə keçirilən klublararası dünya çempionatı Azərbaycanda çıxış edən legionerlərin də diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, Mərakeşdə təşkil olunan mundial “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benouahinin də böyük marağına səbəb olub.

Mərakeşli legioner vətənində keçirilən yarışda həmyerlilərinə azarkeşlik edir. Benouahi “Raca Kasablanka”nın yarımfinalda Braziliyanın “Atletiko Mineyro” klubu ilə matçda sensasiyalı qələbəsinə də çox sevinib.

“Xəzər Lənkəran”ın üzvünün ürəyi oyun zamanı Mərakeşdə, məşhur Ronaldinyonun komandası üzərində 3:1 hesablı qələbə qazanan Kasablanka təmsilçisinin ilə olub. Görüş bitəndən sonra Zohair öz “facebook” səhifəsində sevincini gizlətməyib: “Raca Kasablanka”ya dünən qazandığı qələbəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Benouahi vətənində “İttihad” klubunun şərəfini qoruyub.