Rivaldo hələ oynayır
19.12.2013 - 15:31
Braziliya futbolunun canlı əfsanəsi Rivaldo karyerasını davam etdirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı veteran yarımmüdafiəçi C seriyasında mübarizə aparan “Mogi Mirim”lə 1 illik müqavilə bağlayıb.
Əslində, “Mogi Mirim” Rivaldo üçün yad klub deyil. O, 2008-ci ildən prezidenti olduğu San Paulo regionunu təmsil edən komandada müxtəlif vaxtlarda - 1992-94 və 2010-11-ci illərdə top qovub.
Qeyd edək ki, 1999-cu ildə FİFA tərəfindən ilin futbolçusu seçilən Rivaldonun sonuncu iş yeri vətənində “Sao Kaetano” klubu olub. O, karyerası ərzində Braziliyada “Santa Kruz”, “Korentians”, “Palmeyras” və “Kruzeyro”da, Özbəkistanın “Bunedkor”unda, Avropada isə “Milan”, “Barselona”, “Deportivo”, “Olimpiakos” və AEK-də çıxış edib.

0
0