Qış çempionu müəyyənləşdi
19.12.2013 - 17:17
Qış çempionu müəyyənləşdi
Bu gün Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlər arasında keçirilən ölkə çempionatında XVIII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, II dövrənin son qarşılaşmaları eyni gündə reallaşıb.

Lider “İnter” səfərdə “Qarabağ”a uduzsa da, fasiləyə “qış çempionu” kimi yollanıb. “Bankirlər”in ən yaxın izləyicilərindən “Qəbələ” “Bakı”nı məğlub etdiyi halda, “Simurq” “Rəvan”la bacarmayıb.

“Xəzər Lənkəran” doğma publika önündə “Sumqayıt”ı 4 cavabsız qolla üstələyib. “Neftçi” isə səfərdə AZAL-dan güclü olub.

Qeyd edək ki, III dövrəyə gələn il yanvarın 31-də start veriləcək.


“Xəzər Lənkəran” - “Sumqayıt” - 4:0
Qollar: Anar Babazadə, 47; 58, Əli Əliyev, 52, Elvin Mirzəyev, 79

“Qarabağ” - “İnter” - 3:1
Qollar: Tural İsgəndərov, 39, Təmkin Xəlilzadə, 56, Bilal Abbaszadə, 60 - Mirsahib Abbasov, 88

“Qəbələ” - “Bakı” - 2:1
Qollar: Tellur Mütəllimov, 45, Ehtiram Şahverdiyev, 90+1 - Mahir Mədətov, 77

AZAL - “Neftçi” - 1:3
Qollar: Fariz Nəcəfov, 67 - Cavid Muxtarzadə, 47, Fəhmin Muradbəyli, 55, Mirabdulla Abbasov, 81

“Rəvan” - “Simurq” - 2:1
Qollar: Aslan Hüseynov, 10, Vüsal Qarayev, 58 - Asim Babazadə, 65

N
Klublar
O
Q
H
M
T-F
X
1
İnter
18
14
1
3
56-24
43
2
Simurq
18
9
5
4
34-21
32
3
Qəbələ
18
10
2
6
29-25
32
4
Xəzər Lənkəran
18
9
3
6
37-25
30
5
Neftçi
18
8
5
5
32-32
29
6
Rəvan
18
5
7
6
30-30
22
7
Qarabağ
18
6
3
9
24-30
21
8
Bakı
18
4
7
7
27-34
19
9
Sumqayıt
18
3
3
12
21-45
12
10
AZAL
18
2
4
12
21-45
10

Bombardir: Oruc Balaşlı (Simurq) - 14 qol