“Futbol Azərbaycanda həmişə yad idman növü olub”
19.12.2013 - 18:08
“2014-cü il dünya çempionatının seçmə mərhələsinin son 3 görüşündəki nəticələr Berti Foqtsun Azərbaycan millisində qalıb-qalmayacağını böyük mübahisə mövzusuna çevirdi. Hərçənd, federasiya bir müddət əvvəl alternativ məşqçi axtarmağa başladıqlarını elan etmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının məşqçisi Uli Ştayn deyib.
2008-ci ildən yığmamızın baş məşqçisi olan Berti Foqtsla müqavilənin daha 2 il müddətinə uzadılmasından sonra onun daha bir köməkçisinin taleyinə aydınlıq gəlib. Belə ki, Almaniya yığmasının sabiq qolkiperi olan Ştayn millimizin qapıçıları ilə çalışmasına davam edəcək. Foqts kimi, onunla da yeni müqavilənin imzalanacağını mütəxəssisin özü açıqlayıb.
Ştayn vətənində verdiyi müsahibədə AFFA-nın almaniyalılarla müqaviləni uzatmasını doğuran səbəblərdən danışıb: “Seçmə mərhələnin ardından hər iki tərəf – həm AFFA, həm də Berti Foqts əməkdaşlığın davamını götür-qoy etdi. Bundan sonra qərar verildi. Seçmə mərhələdə yığma nəyə qadir olduğunu göstərdi. 10 oyundan yalnız üçündə uduzduq. Komandanın potensialı göz qabağındadır. Ümumiyyətlə, biz Azərbaycan futbolunda xeyli quruculuq işləri görmüşük. Futbol Azərbaycanda həmişə yad idman növü olub. Lakin qısa müddətdə idman meydançaları inşa olundu, məktəblərdə futbolun tədrisinə start verildi. Azərbaycanda futbol yüksəlişdədir”.
Qeyd edək ki, son 3 seçmə oyununda 5 xal qazanan yığmamız İsrail və Rusiya ilə eyni – 1:1 hesablı heç-heçə edib və Şimali İrlandiyaya qalib gəlib – 2:0.

0
0