Yunanıstan yığması millimizlə oyun üçün heyətini açıqladı
19.12.2013 - 18:11
Yunanıstan yığması millimizlə oyun üçün heyətini açıqladı
Yunanıstan yığması FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnir üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Todoris Paxaturidis 20 futbolçuya dəvət göndərib.

Bunların içərisində Macarıstan və Almaniyada oynayan 2 legioner də var: Konstantinos Kotsaris, Mixail Nyuman, Marios Tzanulinos (hər üçü “Panatinaikos”), Mixail İliadis, Emmanuel Saliakis, Arqrios Tufas, Aleksandros Marqaritis, Georgios Kanavetas (hamısı “Olimpiakos”), Spiridon Papaspiros (İonikos), Dimitrios Atanasiadis (Levadiakos), Tomas Yalamidis (Vataniakos), İoannis Tsolakidis, Stilianos Pozoğlu, Panayotis Deliyannidis, Eftimios Kuluris, Nikolaos Vasaitis (hamısı PAOK), Georgios Ktistopulos (Aris), Vassilios Fasidis (Ksanti), Konstantinos Oikonomu (MTK, Macarıstan), Georgios Kutsopodiotis (“Zandhauzen”, Almaniya).

Qeyd edək ki, Yunanıstan bu turnirdə U-19 millimizin qrupdakı rəqiblərindəndir. Nikolay Adamın başçılıq edəcəyi komandamız ilk oyununu yanvarın 4-də məhz bu milliyə qarşı keçirəcək. Həmin görüş Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.