Yığma üçün yeni baş məşqçi
19.12.2013 - 18:35
Macarıstan milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının xəbərinə görə, bu vəzifəyə Attila Pinter təyin olunub.
10 illik məşqçilik fəaliyyətində Macarıstanın “Ferensvaroş”, “Sopron”, “Vaşaş” və “Qyor” klublarında çalışmış 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Pinter bu postda Şandor Eqervarini əvəzləyib. Sonuncu DÇ-2014-ün seçmə mərhələsinin Hollandiya ilə oyunundakı 1:8 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.
Qeyd edək ki, Macarıstan yığması Avro-2016-nın gələn il fevralın 23-də baş tutacaq püşkatması zamanı 2-ci səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Pinterin yetirmələri 5-ci səbətdə yer alan Azərbaycan millisinin mümkün rəqiblərindən biridir.

0
0