Cihan Özkaralı “Sivasspor” mərhələ adladı
19.12.2013 - 20:35
Cihan Özkaralı “Sivasspor” mərhələ adladı
Bu gün millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” Türkiyə kubokunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi V tur çərçivəsində öz meydanında “Nazilli BS” ilə üz-üzə gəlib.

Əsas vaxtı qolsuz başa çatan matçda əlavə vaxta ehtiyac olub və görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Sivas təmsilçisi növbəti mərhələyə adını yazdırıb. Baş məşqçi Roberto Karlos Cihanı oyunun 110-cu dəqiqəsində Niyazi Salmanın əvəzinə meydana çıxarıb.

Qeyd edək ki, “Sivasspor”un qollarını 93-cü dəqiqədə Hakan Arslan və 114-cü dəqiqədə Sisinyo vurub.