İnyesta ilə daha 3 il
19.12.2013 - 20:58
İnyesta ilə daha 3 il
“Barselona” ulduz futbolçusu Andres İnyesta ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Kataloniya təmsilçisi 29 yaşlı yarımmüdafiəçisi ilə sözləşmənin vaxtını 2018-ci ilə qədər uzadıb. Bununla da cari sözləşməsi 2015-ci ilin yazında başa çatacaq futbolçu daha 3 il komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan və “Barselona” futbol məktəbində yetişən İnyesta 2002-ci ildən əsas heyətlə çıxış edir.