Kəriminin komandası mübarizəni dayandırdı
19.12.2013 - 21:37
Kəriminin komandası mübarizəni dayandırdı
Futbol üzrə Türkiyə Kubokunda V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” bu gün qüvvəsini sınayıb.

Həmyerlimizin komandası səfərdə Superliqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşıb. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da PTT 1-ci Liqa təmsilçisi mübarizəni dayandırıb.

Kərimi isə oyunun iştirak ərizəsində yer alsa da, meydana çıxa bilməyib.

Qeyd edək ki, bu matçın birinci hissəsi ötən gün keçirilmiş və Əskişəhər stadionunun projektorlarda yaşanan qısaqapanma səbəbindən təxirə salınmışdı. Bu gün isə ilk yarısı 0:0 başa çatan oyunun yarımçıq qalan hissəsi keçirilib.