“Bavariya” braziliyalı futbolçusu ilə müqaviləni yenilədi - FOTO
19.12.2013 - 22:44
Münhen "Bavariya"sı daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniya təmsilçisi 28 yaşlı müdafiəçisi Rafinya ilə 2014-cü ildə başa çatacaq müqavilənin müddətini 2017-ci ilə qədər uzadıb.
Qeyd edək ki, braziliyalı futbolçu 2011-ci ildə İtaliya təmsilçisi "Cenoa"dan alman klubuna transfer olunub. Münhenlilər bu ay David Alaba və Jerom Boatenqlə də müqaviləni yeniləmişdi.

0
0