Droqba: Mourinyo üçün dünyanın sonuna qədər gedə bilərəm
19.12.2013 - 23:55
Droqba: Mourinyo üçün dünyanın sonuna qədər gedə bilərəm
“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “The Sun” qəzetinə danışan fildişi sahilli hücumçu sabiq çalışdırıcısına təriflər yağdırıb.

35 yaşlı forvard portuqaliyalı mütəxəssis üçün dünyanın sonuna sonuna qədər gedə biləcəyini deyib: “Fransada çıxış edərkən Mourinyo məni izləməyə gəlmişdi. Mənə “əgər Tyerri Anri və Rud van Nisterloy kimi böyük ulduz olmaq istəyirsənsə, “Çelsi”yə keçməli və mənim komandamda çıxış etməlisən” dedi. Bəli, Fransada yaxşı futbolçu idim, amma Mourinyo məni Avropanın ən yaxşılarında biri etdi. Bu səbəbdən də Joze üçün dünyanın sonuna qədər gedə bilərəm”.

Qeyd edək ki, 2004-2012-ci illərdə London klubunda çıxış edən Droqba ümumilikdə 155 qol vurub və Çempionlar Liqasının qalibi olub. O, 2013-cü ilin yanvarından “Qalatasaray”ın şərəfini qoruyur.