Maradona Messini “Qızıl Top” mükafatına layiq görmür
20.12.2013 - 01:33
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona davamçısı sayılan “Barselona”lı Lionel Messini “Qızıl Top” mükafatına layiq görmədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın rəsmi saytına danışan 53 yaşlı sabiq futbolçu dünyanın ən yaxşısı adına Madrid “Real”ının portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldonun layiq görüləcəyini deyib:
“Messi ötən il bir çox dəfə zədələndi. Bu səbəbdən də Ronaldonun “Qızıl Top” mükafatını qazanmaması üçün heç bir əsas yoxdur”.
Qeyd edək ki, milli komandaların baş məşqçilərinin və kapitanlarının, həmçinin jurnalistlərin arasında keçirilən sorğunun qalibinin adı 2014-cü il yanvarın 13-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbirdə açıqlanacaq. FİFA-nın ən son təqdim etdiyi siyahıya əsasən 23 futbolçudan 3 ən iddialı namizədlər qalıb. Bunlar Lionel Messi (Argentina, “Barselona”) Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Frank Riberidir (Fransa, “Bavariya”).

0
0