Aleks Telles “Qalatasaray”ın transfer təklifi ilə bağlı danışdı
20.12.2013 - 01:58
“Qalatasaray”ın transfer hədəfində olanın Braziliya təmsilçisi “Qremio”nun futbolçusu Aleks Telles “sarı-qırmızılı” klubla bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 21 yaşlı müdafiəçi İstanbul klubuna keçid imkanlarını dəyərləndirib:
“Qremio”ya çox şey borcluyam. Daha 1 il burada qalsam, mənim üçün daha yaxşı olar. “Qalatasaray” məsələsinə gəldikdə isə, təbi ki, hər bir futbolçu Avropada oynamaq istəyər. Eləcə də, hər bir futbolçu “Qalatasaray” kimi klubda çıxış etmək istəyər. “Qalatasaray”ın çox coşğulu və klubuna sadiq azarkeşləri var”.
Qeyd edək ki, “Cim-Bom” braziliyalı futbolçu üçün “Qremio” klubuna 7 milyon avro təklix edib. Rəhbərlik bu keçidi qış transfer pəncərəsində reallaşdırmaq istəyir.

0
0