“Qarabağ” tətilə zirvədə yollandı
20.12.2013 - 18:51
“Qarabağ” tətilə zirvədə yollandı
Bu gün Topaz Premyer Liqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, II dövrənin son qarşılaşmaları eyni gündə baş tutub.

Qeydə alınan nəticələrdən sonra “Qarabağ” fasiləyə “qış çempionu” kimi yollanıb. Belə ki, “Neftçi”nin Şüvəlanda AZAL-a uduzması ağdamlıların zirvəyə yolunu açıb. İlin son oyununda “İnter”i məğlub edən Qurban Qurbanovun komandası 1-ci pilləyə yüksəlib.

Turnir cədvəlində “Neftçi”ni yalnız “Qarabağ” geridə qoymayıb. Doğma meydanda “Bakı”nı sınağa çəkən “Qəbələ” rəqibini 2 cavabsız qolla üstələyərək, xalını 35-ə çatdırıb. Bu isə əyalət klubunun liderin ən yaxın izləyicisi olmasına imkan verib.

Premyer Liqanın autsayderləri – “Rəvan”la “Sumqayıt” fasiləyə üzgün yollanıblar. Paytaxt klubu evdə “Simurq”a böyük hesabla uduzduğu halda, sumqayıtlılar səfərdə “Xəzər Lənkəran”la bacarmayıb.

Qeyd edək ki, Topaz Premyer Liqasında III dövrəyə gələn il fevralın 1-də start veriləcək.



XVIII tur
20 dekabr


“Qarabağ” – “İnter” - 2:0
QOLLAR: Vüqar Nadirov, 58; Riçard Almeyda, 65
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Marinaldo da Silva, 99. Nikolas Gelaşvili
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 41. Corc Leroy
Baş məşqçi: Qurban Qurbanov

“İnter”: 1. Giorgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benitez, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 96. Səlahət Ağayev, 6. Samir Zərgərov, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov, 24. Fuad Bayramov, 33. Matija Spiçiç
Baş məşqçi: Kaxaber Sxadadze

“Rəvan” – “Simurq” - 0:3
QOLLAR: Draqan Çeran, 22; Raul Kostin, 39; Spetan Polyak, 45
Qırmızı vərəqə: Mişel Balokoq, 59
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov
“Bayıl Arena” stadionu
“Rəvan”: 1. Lukaş Sapela, 6. Ceyhun Cavadov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev, 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 24. Yamin Ağakərimzadə, 89. Vüsal Qarayev
Baş məşqçi: Şahin Diniyev

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Olivyera, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 22. Salif Ballo, 28. Nenad Kiso, 77. Nicat Qurbanov
Baş məşqçi: Georgi Çixradze

“Qəbələ” – “Bakı” - 2:0
QOLLAR: Daniel Subotiç, 19; Lorentso Ebesilio, 90+4 (pen.)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+3
Qəbələ səhər stadionu
“Qəbələ”: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 4. Amid Quluzadə, 6. Volodimir Levin (k), 8. Nizami Hacıyev, 10. Luis Hilario, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva
Ehtiyat oyunçular: 55. Cavidan Hüseynzadə, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 84. Dejan Kelhar
Baş məşqçi: Yuri Syomin
“Bakı”: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 5. Ruben Qonzalez, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Araujo Santos, 15. Alberto Noquera, 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 34. Şəhriyar Əliyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 10. Aleksandar Soliç, 16. Xavyer Junior, 20. Mindauqas Kalonas, 22. Namiq Ələsgərov, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev
Baş məşqçi: Milinko Pantiç

“Xəzər Lənkəran” – “Sumqayıt” - 4:3
QOLLAR: Sadio Tounkara, 20; Deyvid Sakkoni, 25; Etame Mbila, 45+1; Adrian Pit, 51 - Orxan Əliyev, 40; Pərdis Fərcad-Azad, 78 (pen); Ruslan Nəsirli, 81
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev (k), 16. Adrian Pit, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 22. Deyvid Sakkoni, 27. Adrian Skarlatake
Ehtiyat oyunçular: 33. Duqlas Leita, 8. Eduard Oriol, 9. Uğur Pamuk, 11. Zohair Benouahi, 12. Junior Nildo, 21. Radomir Todorov. 55. Ağabala Ramazanov
Baş məşqçi: Mustafa Dənizli
“Sumqayıt”: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə (k)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 25. Fərid Kərimzadə, 76. Bayram Nuruzadə
Baş məşqçi: Aqil Məmmədov

AZAL – “Neftçi” - 2:1
QOLLAR: Con Oluremi, 18; Şemonayev, 90 - Rəşad Sadiqov, 59
Qırmızı vərəqə: Mahir Şükürov, 79; Eılvin Yunuszadə, 83
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“AZAL Arena” stadionu
AZAL: 1. Ruslan Məcidov, 2. Juan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Junior Ailton, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 8. Qərib İbrahimov, 21. Rey Məmmədbəyli, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev, 32. Vladimir Boqdanoviç
Baş məşqçi: Vaqif Sadıqov
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 11. Melvin Platye , 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 3. Denis Silva, 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev
Baş məşqçi: Nazim Süleymanov

komandaoqhmtx
1
Qarabağ
18
10
6
2
31-11
36
2
Qəbələ
18
11
2
5
27-16
35
3
Neftçi
18
10
4
4
27-19
34
4
İnter
18
8
3
7
27-21
27
5
Bakı
18
8
3
7
29-21
27
6
Simurq18
6
7
5
19-14
25
7
AZAL
18
6
6
6
17-23
24
8
Xəzər L
18
5
7
6
16-24
22
9
Rəvan
18
1
6
11
9-32
9
10
Sumqayıt
18
1
4
13
11-32
7

Bombardir: Vaqif Cavadov (İnter) - 9 qol