İspaniya Futbol Federasiyası Ramosu bağışladı
20.12.2013 - 04:57
İspaniya Futbol Federasiyası Ramosu bağışladı
İspaniya Futbol Federasiyası “Osasuna” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan “Real”ın müdafiəçisi Serxio Ramosu bağışlayıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Belə ki, Nizam-İntizam Komitəsi həmin matçda iki sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulan təcrübəli futbolçunun birinci sarı vərəqəsini ləğv edib. Bununla da, o növbəti turdakı “Valensiya” qarşılaşmasında komandasına kömək edə biləcək.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Ramos 2005-ci ildən Madrid klubunda çıxış edir.