“Barselona”da Alves sevinci
20.12.2013 - 06:55
“Barselona”da Alves sevinci
“Barselona”nın zədəli futbolçusu Dani Alves sıraya dönüb. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, 30 yaşlı müdafiəçi komanda ilə birgə məşqlərə qatılıb.

Alvesin İspaniya A Seriyasının növbəti, XVII turundakı “Xetafe” matçında komandasına kömək edəcəyi deyilir.

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan Alves 2008-ci ildən “Barselona”da çıxış edir.