UEFA yayım hüququnu AFFA-dan aldı
20.12.2013 - 09:43
Avro-2016 və DÇ-2018-in seçmə oyunlarının yayım hüququnda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, qarşıdakı 2 turnirdə qitə yığmalarının iştirakı ilə keçiriləcək rəsmi qarşılaşmaların yayımı UEFA-nın nəzarətində olacaq.
Belə ki, milli assosiasiyaların bu hüququ Avropa futbol qurumuna verməyə razılaşıb. AFFA da daxil olmaqla, Avropa ölkələrinin federasiyaları bu hüquqdan UEFA-nın ödəyəcəyi kompensasiya qarşılığında imtina edib.

0
0