“Bakı” bizə çatmasın deyə, qələbə qazanmağa borcluyuq” - MÜSAHİBƏ
20.12.2013 - 11:42
Polşanın “Poqon” klubuna keçəcəyi gözlənilən “Qəbələ”nin yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- Komandanız Topaz Premyer Liqasının XVIII turunda bu gün “Bakı” ilə qarşılaşacaq. Bu oyuna çıxacaqsınız?
- Böyük ehtimalla, hə.
- Amma mətbuata müsahibənizdə dekabrın 20-də Polşanın “Poqon” klubunda tibbi baxışdan keçəcəyinizi demişdiniz...
- Mən bu klubdan zəng gözləyirəm. Zəng olan kimi, Polşanın Şçetsin şəhərinə yollanmalıyam. Tibbi baxışdan keçdikdən sonra isə “Poqon”la müqavilə bağlayacağam.
- “Qəbələ” rəsmiləri “Poqon”dan rəsmi təklif almadıqlarını bildirib. Bəs, bu kluba məxsus olduğunuz halda, transferiniz necə baş tutacaq?
- Müqaviləmdə belə bir bənd var ki, qışda xaricdən təklif alacağım halda, komandadan ayrılmağımda problem yaradılmayacaq. “İnter”də bu transferə görə pul istənildiyi üçün “Poqon”a keçə bilməmişdim. Bilirdim ki, bu qış da polşalılardan təklif alacağam. Ona görə də “Qəbələ”yə keçəndə müqaviləyə belə bir bənd saldırmışdım. Bundan “Poqon” rəhbərliyinin də xəbəri var.
- Mətbuatda yerinə baxışa oyunçular çağırıldığı yazılır. Qorxmursunuz ki, sizdən vaz keçsinlər?
- Açığı, buna əhəmiyyət verməməyə çalışıram. Baxışa gəlsinlər də...
- Yeni komandanızın harada hazırlıq keçəcəyi məlumdur?
- Bəli. Onlar da bizim klublarımız kimi Türkiyənin Antalya şəhərində hazırlıq keçəcəklər.
- Bu gün “Qəbələ” “Bakı” ilə qarşılaşacaq. Görüş haqqında nə deyə bilərsiniz?
- Ciddi hazırlaşmışıq. Doğma azarkeşlərimiz önündə oynayacağımızdan, meydana ancaq 3 xal üçün çıxacağıq. “Bakı” bizə çatmasın deyə və turnir cədvəlində liderlərdən geri qalmamağımız üçün mütləq şəkildə qələbə qazanmağa borcluyuq.
- Nəzərə alın ki, “Bakı” ötən tur “Qarabağ”ı məğlub edib, liderlik postundan salıb...
- Bütün bunları nəzərə almışıq. Bilirik ki, Rauf Əliyev, Əfran İsmayılov kimi yaxşı futbolçuları var. Ancaq buna baxmayaraq, ötən turda “Neftçi”yə məğlubiyyətdən sonra ardıcıl ikinci yenilgi almağa haqqımız yoxdur. Bu komandanı Bakıda məğlub etməyi bacarmışıq. İnşallah, azarkeşlərimizin güclü dəstəyi sayəsində Qəbələdə də onlara qalib gələrik.
Səbuhi TOFİQOĞLU

0
0