Rahid Əmirquliyev: Onun dönəmi arxada qalıb - MÜSAHİBƏ
20.12.2013 - 12:09
“Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- Komandanız bu gün Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək. Rəqibin sonuncu pillədə qərarlaşdığını nəzərə alsaq, qələbə qazanmaqda çətinlik çəkməməlisiz...
- Təəssüf ki, cəzalı olduğum üçün matçı buraxacağam. İlin son qarşılaşmasında meydanda olmaq istərdim. Görüşə gəlincə, çempionatda zəif komanda qalmayıb. Oyunlara baxanda görürük ki, artıq kimin hansı pillədə qərarlaşması hiss olunmur. Bütün klublar rəqabət aparacaq səviyyədədirlər. “Sumqayıt” autsayder olsa da, gənclərdən təşkil edilmiş əzmkar kollektivləri var. Onları asanlıqla məğlub edəcəyimizi düşünmürəm. Lakin bizi yalnız qələbə qane edir. Bunu göz önünə alıb, mümkün olanda da yaxşı oynamalıyıq. Əlimizə düşən fürsətləri boşa verməsək, 3 xal qazanacağıq.
- Mustafa Dənizlinin baş məşqçi təyin edilməsindən sonra komandada nə kimi dəyişikliklər olub?
- Heyət həmin heyətdir, məşq proseslərində də böyük fərq yoxdur. Ancaq nizam-intizam baxımından çox ciddi dəyişikliklər var. Dənizli bu amilə son dərəcə böyük önəm verir. Onun türkdilli olması komanda üçün üstünlükdür. Bir-birimizi yaxşı anlayırıq. Düzdür, heyətdə legionerlər də var. Ancaq ümumən götürdükdə, dilimizi bilməsi həm onun, həm də bizim üçün yaxşı haldır.
- Con Toşak kimi adlı-sanlı mütəxəssis niyə Azərbaycanda uğursuzluğa düçar oldu?
- Toşakın səviyyəsi müzakirə mövzusu ola bilməz, tanınmış şəxsiyyətdir. Ancaq məşqçi işi belədir, hərdən əlindən gələni etsən belə, alınmır. Toşak Azərbaycana uyğunlaşa bilmədi. Artıq onun dönəmi keçmişdə qalıb. İndi durub “Toşak belə etməliydi, elə etməliydi” deməyə lüzum yoxdur. Nə deyim, ola bilsin ki, çempionatı yaxşı dəyərləndirmədi və ya işini buranın mentalitetinə uyğun qurmadı...
- Uelsli mütəxəssisin yanlış transferlərin qurbanı olduğunu söyləmək olar?
- Transfer işlərinə qarışa bilmərəm, bu, rəhbərliyin səlahiyyətinə daxil olan məsələdir. Ola bilsin ki, transferləri yanlışdır, ancaq bu baxımdan onu mühakimə etməyim düz olmaz.
- Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, hazırkı heyət üzvlərinin əksəriyyəti “Xəzər Lənkəran”ın formasını geyinməyə layiq deyil. Razısınız?
- Futbolçularımız komandanın tələblərinə uyğun görüldükləri üçün bizimlədirlər. İndi ola bilər ki, kiminsə oyunu alınır, kiminsə yox. Çox güclü oyunçu ola bilərsən, ancaq elə komandaya düşərsən ki, kölgədə qalarsan. Əminliklə deyə bilərəm ki, futbolçularımızın hər biri məşqlərdə və oyunlarda əllərindən gələni edirlər. Kimsə ümidləri doğrultmursa, bu həmin futbolçunun zəif olması anlamına gəlməməlidir.
- “Xəzər Lənkəran”ın cari mövsümdə Premyer Liqada mükafatçılar sırasına düşmək ehtimalını necə qiymətləndirirsiniz? Artıq “qatar” gedib, yoxsa...?
- Çempionatın II dövrəsini geridə qoyacağıq. İrəlidə isə daha 2 dövrə var. Bu isə o deməkdir ki, hələ heç nə itirilməyib. Qış fasiləsindən yaxşı istifadə edib, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə etsək, hər şey ola bilər. Avrokuboka düşmək üçün başqa bir variantımız var - Azərbaycan kuboku. Qalib ola bilərik.

0
0