“Qəbələ” “Əl-Əhli” ilə heç-heçə oynadı
20.12.2013 - 12:14
Braziliyanın Araponqas şəhərində keçirilən “Laranja Mekanika Beynəlxalq Kuboku” turnirində iştirak edən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yarış çərçivəsində üçüncü matçını keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qrup mərhələsinin ilk iki oyununda məğlub olan “qırmızı-qaralar” bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” kollektivi ilə qarşılaşıb.
Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabda geri düşən “Qəbələ”nin bərabərlik qoluna Yusif Nəbiyevin ötürməsi ilə Ayxan Əsədov imza atıb.
Bu nəticədən sonra qrupda 3-cü pilləni tutan “qırmızı-qaralar” 5-ci yer uğrunda oynamaq hüququ qazanıb. Sözügedən matçda “Qəbələ” Mərakeş təmsilçisi “Mohammed VI” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qəbələ” ilk 2 matçda “Laranja Mekanika”ya 0:3, “Palmeyras”a isə 0:1 hesabı ilə uduzub.

0
0