Avrokuboklarda oyunlarımızın təqvimi
20.12.2013 - 13:29
Avrokuboklarda oyunlarımızın təqvimi
Avrokubokların 2014/15 mövsümünün təqvimi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, qarşıdakı mövsümün püşkatma və oyun günlərinin tarixi açıqlanıb.

Azərbaycanı qitədə təmsil edəcək ölkəmizin ən güclü 4 klubu iyunun 23-nü gözləyəcək. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqasının finalı mayın 27-də Varşavada, Avropa Liqasının həlledici oyunu iyunun 6-da Berlində baş tutacaq.

“Apasport” avrokubokların təsnifat mərhələlərinin təqvimini təqdim edir:

23 iyun 2014
Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması
1-2 iyul 2014
Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar
3 iyul 2014
Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar
8-9 iyul 2014
Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları
10 iyul 2014
Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları
15-16 iyul 2014
Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar
17 iyul 2014
Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar
18 iyul 2014
Çempionlar Liqası və Avropa Liqasında III təsnifat mərhələsinin püşkatması
22-23 iyul 2014
Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunları
24 iyul 2014
Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları
29-30 iyul 2014
Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
31 oyul 2014
Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
5-6 avqust 2014
Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları
7 avqust 2014
Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları
8 avqust 2014
Çempionlar Liqası və Avropa Liqasında IV təsnifat mərhələsinin püşkatması
19-20 avqust 2014
Çempionlar Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar
21 avqust 2014
Avropa Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar
26-27 avqust 2014
Çempionlar Liqası, IV təsnifat mərhələsi, cavab oyunları
28 avqust 2014
Çempionlar Liqasının qrup mərhələsinin püşkatması
28 avqust 2014
Avropa Liqası, IV təsnifat mərhələsi, cavab oyunları
29 avqust 2014
Avropa Liqasının qrup mərhələsinin püşkatması