“Xəzər Lənkəran” gənc futbolçu ilə müqavilə bağladı - FOTO
20.12.2013 - 13:41
“Xəzər Lənkəran” transfer çalışmalarına start verib. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, müqaviləsi dekabrın sonlarında başa çatacaq Orxan Sadıqlı ilə yeni müqavilə bağlanılıb.
“Xəzər Lənkəran”ın yetirməsi olan gənc qapıçı 3 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, komandanın digər qapıçısı Duqlas Leyte ilə isə müqaviləyə qarşılıqlı razılıq şəklində xitam veriləcək. Braziliyalı qolkiper ölkəsinin “Quarani” klubu ilə müqavilə bağlayacaq.

0
0