Ruslan Abışovun komandası Yuri Syominə “elçi” düşdü
20.12.2013 - 13:52
Ruslan Abışovun komandası Yuri Syominə “elçi” düşdü
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubunun baş məşqçisi postuna namizədlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kurban Berdıyevi istefaya göndərən Tatarıstan təmsilçisi 3 mütəxəssis arasında seçim etməlidir.

Kazan klubu baş məşqçi vəzifəsinə 2 əcnəbi və 1 rusiyalı çalışdırıcıdan birini dəvət etmək niyyətindədir. Yeganə yerli isə hazırda Azərbaycanda “Qəbələ”yə rəhbərlik edən Yuri Syomindir.

Qeyd edək ki, istefaya göndərilən Berdıyev və məşqçilər korpusunun klubda başqa vəzifəyə keçəcəyi gözlənilir.